Separatçılar Donbasda 4 zərbə qruplaşması formalaşdırıb
Bizi izləyin

Dünya

Separatçılar Donbasda 4 zərbə qruplaşması formalaşdırıb

Separatçılar Donbas hövzəsində 15 min Rusiya muzdlusu və 12 min yerli döyüşçüdən ibarət 4 zərbə qruplaşması formalaşdırıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb.

Hərbi ekspertin sözlərinə görə, həmin zərbə qruplaşmaları aşağıdakılardır:

- Luqansk

- Qorlovka-Donetsk

- Volnovaxsk-Telmanovsk

- Novoazovsk.

Zərbə qruplaşmalarının istifadəsində olan hərbi texnika və silah arsenalı da kifayət qədər böyükdür. D.Tımçuk qeyd edir ki, 110-115 tank, 250-280 ədəd BMP, BTR və MT-LB zirehli döyüş maşınları, 80-100 ədəd müxtəlif artilleriya sistemləri, təxminən 500 ədəd hərbi avtomobil nəqliyyatı zərbə qruplaşmalarının istifadəsindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm