Kobaniyə göndərilən peşmərgə fərarilik etdi
Bizi izləyin

Dünya

Kobaniyə göndərilən peşmərgə fərarilik etdi

Türkiyədən Kobaniyə şou göstərərək keçən peşmərgələr yolda qaçmağa çalışıb.

Publika.az “Yeni Akit” qəzetinə istinadən xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyi tərəfindən hazırlanan, bir müddət Şanlıurfanın Suruç rayonunda gözləyən və sonra Suriyanın Kobani şəhərinə göndərilən peşmərgələrdən yeni xəbər var. Belə ki, hələ Kobaniyə girməzdən əvvəl Türkiyədə gözləyən peşmərgələrin bəzilərinin “xəstə” olduğu, doqquz peşmərgənin isə qaçmağa çalışdığı iddia edilib.

Fasilə zamanı qaçdılar

Peşmərgənin Kobaniyə girməsinə Türkiyə tərəfindən təhlükəsizlik və lojistik dəstək göstərilib. Həmin xidməti göstərən Türkiyənin xüsusi-xidmət orqanlarının əməkdaşları maraqlı hadisələrə şahid olub: “Peşmərgə səhər saatlarında Habur sərhəd məntəqəsindən Türkiyəyə keçdi. 71 peşmərgənin olduğu avtomobil karvanı axşam saat 21:30 radələrində Şanlıurfaya 25 kilometr qalmış bir yerdə yemək fasiləsi üçün dayandı. Hüquq-mühafizə orqanlarının da zirehli avomobillərlə müşayiət etdiyi peşmərgələrdən 9-u yemək fasiləsi vaxtı yoxa çıxdı. Hadisə aşkar olunandan sonra ətrafdakı bütün yerlərdə axtarış aparılıb. Lakin heç bir izə rast gəlinmədiyi üçün peşmərgələrin qaçdığı ehtimalı ilə araşdırma başladıldı”.

Ağaclıqda yaxalandılar

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının dindirdiyi bəzi vətəndaşlar peşmərgələrin hamısının yaxınlıqdakı dağlıq əraziyə tərəf getdiyini təsdiqləyiblər. Bundan sonra bu ərazidə axtarışlar intensivləşib. Ərazidə axtarış aparan əsgər və polislər az sonra peşmərgələri ağaclıqda yaxalayıblar.

Kobaniyə getmək istəmədiklərini deyən peşmərgələr yenidən düşərgəyə qaytarılıblar”.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm