İstanbulda gəmi faciəsi - XEYLİ SAYDA ÖLƏN VAR
Bizi izləyin

Dünya

İstanbulda gəmi faciəsi - XEYLİ SAYDA ÖLƏN VAR

İstanbul boğazında gəmi batıb. Faciə nəticəsində xeyli ölən və itkin düşən var.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, gəmidə ən azı 30-40 nəfərin olduğu və indiyə qədər 6 nəfərin xilas edildiyi məlumdur.

Qanunsuz miqrantları daşıdığı iddia edilən gəmidən bir neçə nəfərin xilas edildiyi bildirilir. Sahil Təhlükəsizlik Komandalığı və Sahil Polis İdarəsinin əməkdaşları tərəfindən xilas etmə tədbirləri davam etdirilir.

Xilasetmə işlərinə qoşulan bir balıqçı “indiyə qədər 10-12 meyit aşkar olunub. Bir nəfəri huşsuz vəziyyətdə sudan çıxartdıq. Gəmi yarıbatmış vəziyyətdə idi. Batan gəmi 30 nəfəri daşıyacaq böyüklükdə deyildi. Bizə elə gəlir ki, gəmi Bolqarıstana gedirdi” deyib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm