70 min dollar ver, Obama ilə səyahət et
Bizi izləyin

Dünya

70 min dollar ver, Obama ilə səyahət et

ABŞ prezidenti Barak Obamanın noyabrın 9-dan etibarən həyata keçiriləcək “Asiya” turuna qatılmaq istəyən hər jurnalist 70 min dollar ödəməlidir. Təbii ki, bu qərar jurnalistlərin narazılığına səbəb olub.

Publika.az xəbər verir ki, prezidentlə tura qatılmaq istəyən jurnalistlər sadəcə təyyarəyə minə bilmək üçün 60 min dollar ödəmək məcburiyyətindədir. Onlar Obama ilə bərabər Çin, Myanma və Avstraliyaya səfər edəcək. Jurnalistlər bu səfər çərçivəsində yemək, hotel və digər xərclər üçün əlavə 10 min dollar da verəcəklər. Səfər üçün bu cür baha qiymət qoyulması müraciət edən jurnalist sayının azalmasına səbəb olub.

Əvvəlcədən 100 jurnalistin qatılacağı gözlənilən tura sadəcə 51 müraciət edilib. Müraciət edənlər arasında “New-York Times”, “Washington Post” qəzetləri ilə bərabər “AFP”, “AP” və “Reuters” xəbər agentlikləri də var.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm