• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İsraildə avtomobil terroru – 3-cü “İntifada” başlaya bilərmi?

  • Dünya
  • 6 Noyabr 2014 13:24
  • 532 Baxış
İsraildə avtomobil terroru – 3-cü “İntifada” başlaya bilərmi?

İsrail polisinin Əl-Əqsa məscidinə girməsi yeni “İntifada”nın başlanmasına səbəb ola bilər. Yəhidi dövləti artıq bu insidentin fəsadlarını hiss etməkdədir.

Dünən İsraildə fələstinlilər tərəfindən avtomobildən istifadə etməklə iki terror törədilib. Əvvəlcə gündüz saatlarında “Həmas” qruplaşmasının İbrahim Akari adlı üzvü “Ford Transit” avtomobilini Qüdsün Şimon-a-Çadik küçəsində yerləşən tramvay dayanacağındakı insanların üstünə sürüb. Nəticədə 38 yaşlı hərbçi Cadan Asad həlak olub, daha 13 nəfər yaralanıb. İbrahim Akari isə avtomobili idarə etməkdə davam edib. Sonda onun maşını işiq dirəyinə çırpılaraq dayanıb. Avtomobildən düşən “Həmas” üzvü əlindəki taxta dəyənəklə ətrafdakılara hücum edib. Hadisə yerinə gələn İsrail Sərhəd Polisi (MAQAB) atəş açaraq onu öldürüb. Yeri gəlmişkən, avtomobil terrorunu həyata keçirən İbrahim Akari ömürlük həbs cəzası almış Musa Daud Məhəmməd Akarinin kiçik qardaşıdır. Xatırladaq ki, Musa Akari “Həmas”a əsir düşmüş israilli hərbçi Gilan Şalitlə dəyişdirilərək azadlığa çıxıb.

Axşam saatlarında isə ikinci avtomobil terroru törədilib. Üzərində Fələstin nömrələri olan avtomobil 60 nömrəli şosenin yaxınlığına yol kənarında dayanmış israilli hərbçilərin üzərinə sürülüb. 3 nəfər xəsarət alıb. Hərbçilərdən birinin vəziyyəti ağırdır.

İsrailli ekspertlər avtomobil terrorunun qarşısının alınmasının mümkünsüz olduğunu deyirlər. Çünki İudeya, Qüds və Samaryada 10 minlərlə sarı nömrəsi olan avtomobil (İsraildə avtomobillərinin dövlət nömrə nişanı sarı rəngdə olur) fələstinlilər tərəfindən idarə edilir. Kimin terror törədəcəyini öncədən ehtimal etmək mümkün deyil. Fələstin nömrələri ilə idarə olunan avtomobilləri əraziyə buraxmamaq olar. Ancaq bu da bölgədə gərginliyin artmasına səbəb olacaq.

Ərəb məhəllələrinin sakinləri bildirirlər ki, 3-cü “İntifada”nın başlanmasında maraqlı deyillər. Ancaq bunun üçün polis Əl-Əqsaya soxulmamalıdır. Yaşlı ərəblər əlavə ediblər ki, gənclər “Həmas”ın çağırışlarına dərhal müsbət reaksiya verirlər.

“Həmas” isə avtomobil terrorunu alqışlayıb. “Həmas” təşkilatının mətbuat katibi Fauzi Barhum mətbuata açıqlama verərək bildirib ki, 5 noyabrda sionistlərə layiqli cavab verilib. Hədəfdə yalnız polislər və hərbçilər olub: “Bu müqəddəs məkanlara soxulan sionistlərə cavab idi”.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR