ABŞ-la Çin arasında yeni viza sistemi tətbiq ediləcək
Bizi izləyin

Dünya

ABŞ-la Çin arasında yeni viza sistemi tətbiq ediləcək

Noyabrın 12-dən etibarən ABŞ-la Çin arasında yeni viza sistemi tətbiq ediləcək.

Publika.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Barak Obama Pekində Asiya-Sakit okeanı ölkələrinin biznes liderlərinin zirvə toplantısında çıxışı zamanı deyib.

Yeni razılaşmaya əsasən, qısa müddətli turist vizalarının müddətinin uzadılması və digər ölkənin vətəndaşlarına ABŞ-da qalmaq üçün ən uzun müddət olan 10 il müddətinə qədər iş vizasının verilməsi nəzərdə tutulur. Yeni viza prosedurları noyabrın 12-dən qüvvəyə minir.

ABŞ prezidenti çıxışında çini inkişaf etmiş və sülhsevər bir ölkə adlandırıb.

Halbuki, ABŞ dəfələrlə Çini kibercinaytkarlıqda ittiham edib. Rəsmi Pekin isə ABŞ-ın öz hərbi qüvvələrini Sakit okeanı hövzəsinə yerləşdirməsini Çin üçün təhlükə hesab edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm