ABŞ - Çin münaibətləri yeni müstəviyə keçir
Bizi izləyin

Dünya

ABŞ - Çin münaibətləri yeni müstəviyə keçir

Birləşmiş Ştatlar Çinlə münasibətlərinin yeni müstəviyə keçirmək istəyir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama deyib.

Pekində Çin prezidenti Tsi Tzinpinlə iki gün sürəcək görüşlərin birinci günü Amerika lideri çinli həmkarı ilə qeyri-rəsmi nahar yeməyində olub. İki lider arasında çərşənbə günü özəl danışıqların davam etdirilməsi gözlənilir.

Obama-Tsi görüşləri Pekinin sponsorluq etdiyi Asiya-Sakit okean ölkələrinin İqtisadi Sammiti ilə paralel olaraq keçirilir. Sammitdə ABŞ və Çinin liderləri Çinin başçılığı ilə azad ticarət zonası qrupuna dair razılığa gəliblər.

Prezident Tsi Çinin başçılığı ilə azad ticarət zonası qrupuna dair razılığı tarixi adlandırıb.

APEK liderləri həmçinin dəniz heyvanlarının qanunsuz ovu, aviasiya emissiyalarının qarşısının alnıması, eyni zamanda, okeanların və sahillərin mühafizəsi kimi ətraf mühitin mühafizəsinə dair bir sıra mühüm sənədlər qəbul ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm