ABŞ-da sonuncu Ebola xəstəsi evə buraxılıb
Bizi izləyin

Dünya

ABŞ-da sonuncu Ebola xəstəsi evə buraxılıb

Birləşmiş Ştatlarda sonuncu Ebola xəstəsi olan nyu-yorklu həkim müalicə nəticəsində sağaldıqdan sonra xəstəxanadan çıxıb.

Publika.az xəbər verir ki, Nyu-York şəhər xəstəxanasının müdiriyyəti ciddi müalicədən sonra 33 yaşlı Qreq Spenserin Ebola xəstəliyindən sağaldığını elan edib. Onlar Qreq Spenserin ictimaiyyət üçün risk yaratmadığını bidiriblər.

Sərhədsiz Həkimlər təşkilatında çalışan həkim Qerq Spenserin Qvineyada xəstələri müalicə edib ABŞ-a qayıdandan sonra Ebola virusuna yoluxduğu aşkar edilmişdi. Qızdırma, ürək bulanması, ağır və yorğunluq simptomlarına malik olması və onun Nyu-Yorkun metro sisteminin ayaqyolundan istifaadə etməsi Ebola virusunun ölkənin ən böyük şəhərində yayıla bilməsilə bağlı qorxulara yol açmışdı. Qreq Spenser Nyu-Yorkun Bellevue xəstəxanasında təcrid edilərək, müalicə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm