Dünya
Ukraynada Rusiyanın reaktiv divizion bölməsi və 170 hərbçisi məhv edilib
Ukrayna antiterror gücləri Donetsk vilayətinin Dokuçayevsk qəsəbəsi yaxınlığında Rusiya ordusunun reaktiv divizionunun bölməsini məhv edib.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb.
“Ukrayna artilleriyası Rusiya qoşunlarının hərbi texnikasının toplaşdığı əraziyə zərbə endirib. Zərbə nəticəsində Rusiya qoşunlarının reaktiv divizionunun bölmələrindən biri məhv edilib. Divizionun daimi dislokasiya yeri isə Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsidir. Bölmənin xeyli döyüş sursatı, həmçinin avtomobil və döyüş texnikanın bir neçə vahidi sıradan çıxarılıb”, - deyə ukraynalı hərbi ekspert qeyd edib.
Xəbər “Azov” könüllü batalyonunun “Facebook” səhifəsində də təsdiqlənib.
“Rusiya qoşununun böyük qrupu məhv edilib. Qrup Azov-Mariupol istiqamətində Ukrayna antiterror güclərini atəş altında saxlayırdı. İlkin məlumatlara görə, divizionun bir bölməsi tamamilə məhv edilib. Zərbə nəticəsində 170-ə qədər hərbçi öldürülüb. Bölmənin silahlanmasına 4 reaktiv sistem, o cümlədən üç 300 millimetrlik “Smerç” reaktiv yaylım atəş sistemi və hərbi texnikanın 12 vahidi daxildir. Mümkündür ki, briqadanın iki divizionu Rusiya-Ukrayna sərhədinin digər sahələrində yerləşdirilib”, - deyə “Azov” batalyonunun məlumatında deyilir.
Ömər Dağlı
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi