Azərbaycanlı oliqarxın azadlığı üçün yarım milyon verildi
Bizi izləyin

Dünya

Azərbaycanlı oliqarxın azadlığı üçün yarım milyon verildi

“Uxtaneftqazgeologiya” ASC-nin sədri, həbsdə olan azərbaycanlı oliqarx Akif Sayadovun zaminə buraxılması üçün təklif edilən yarım milyon rubldan (84 min AZN) məhkəmə imtina edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Bnkomi.ru” saytı yayıb.

Məlumatda bildirilir ki, Akif Sayadovun vəkilləri məhkəmədən onun yarım milyon rubl qarşılığında zaminə buraxılmasını istəyib. Məhkəmədə çıxış edən Akif Sayadovun vəkili deputatın bu şərait altında müalicəsinin təhlükəli olduğunu deyib. Məhkəmə həmçinin Kominin 15 deputatının və Azərbaycanın Rusiyadakı diasporunun 60 nümayəndəsinin ərizəsinə də nəzər yetirib. Komi prokurorunun nümayəndəsi isə oliqarxın zaminə buraxılacağı təqdirdə gizlənə biləcəyini söyləyib. Beləliklə, məhkəmə A.Sayadovu zaminə buraxmayıb.

Qeyd edək ki, Akif Sayadov oktyabrın 29-da həbs olunub. Onun həbs olunmasına ilkin səbəb kimi maliyyə fırıldaqları və beynəlxalq terrorizmə dəstək verməsi göstərilib. Daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsi Sayadovu pulların qeyri-qanuni yolla leqallaşdırılmasında günahlandırıb. O, həmçinin Azərbaycana səfərləri üçün qeyri-qanuni olaraq 1,2 milyon rubl, həmçinin müxtəlif şirkətlərlə “Uxtaneftqazgeologiya”nın bağladığı müqavilələri yerinə yetirməməsinə görə 42 milyon rublu mənimsəməkdə ittiham edilir.

Bəzi mənbələr isə Akif Sayadovun məhz Putinin əleyhinə çıxış etdiyi üçün həbs edildiyini vurğulayıblar. A.Sayadovun sırf biznes maraqları baxımından Putin siyasətini tənqid etdiyi də gələn xəbərlər sırasında yer alıb. Rusiyaya tətbiq edilən çoxsaylı sanksiyalardan əziyyət çəkdiyi və bunu Putinin yarıtmaz siyasəti ilə əlaqələndirdiyi, ölkənin uçuruma aparıldığı haqda çıxışlar etdiyi iddiaları sonda A.Sayadovun həbsinə yol açıb.

Onu da xatırladaq ki, 63 yaşlı A.Sayadov “Uxtaneftqazgeologiya” ASC-nin baş direktorudur. O, Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1990-cı ildə “Uxtaneftqazgeologiya” ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm