Qüdsdə sinaqoqda qətliam: 5 ölü – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Qüdsdə sinaqoqda qətliam: 5 ölü – SON DƏQİQƏ

Balta və bıçaqlarla silahlanmış iki fələstinli bu gün Qüdsdəki sinaqoqlardan birinə hücum edib.

Publika.az-ın “The Jerusalem Post” nəşrinə istinadən verdiyi məlumata görə, hücum nəticəsində beş nəfər öldürülüb.

Ölənlərdən ikisi hücum edən fələstinlilərdir. “Röyters” xəbər agentliyi yerli mediaya istinadən qeyd edir ki, sinaqoqa hücum edənlərin birində soyuq silahdan başqa tapança da olub.

Hücum edənlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vurulub. Hadisə terror aktı kimi qiymətləndirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm