Xalq tərəfindən söyüldü, Putini dəvət etdi
Bizi izləyin

Dünya

Xalq tərəfindən söyüldü, Putini dəvət etdi

Ölkəsində istefası tələb olunan Çexiya prezidenti Miloş Zeman Rusiya prezidenti Vladimir Putini Praqaya dəvət edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Çexiya prezidentinin mətbuat katibi İrji Ovçaçek bildirib.

Qeyd edək ki, Çexiyanın minlərlə sakini dünən Praqada prezidentin istefası tələbi ilə küçələrə çıxıb. Mitinq iştirakçıları dövlət başçısına könüllü şəkildə istefa tələbi ilə xüsusi müraciət ünvanlayıblar. İnsanlar “Zibil çəninə Zeman!" deyərək qışqırıblar. Çexiya mediası qeyd edir ki, şəhərin küçələrində bu cür çağırışlar sonuncu dəfə Çexoslovakiyada kommunist rejimin devrildiyi 1989-cu ildə eşidilib.

Mitinq iştirakçıları plakatlarda xüsusi olaraq “Biz Rusiyanın koloniyası olmaq istəmirik” yazıblar. İnsanlar prezidentin siyasətinə etiraz əlaməti olaraq qırmızı kart qaldırıblar. Praqada prezidentin tərəfdarları da aksiya keçirsə də, onların sayı çox az olub.

Bir sıra xarici ekspertlər isə Zemanın istefası tələbi ilə keçirilən etiraz mitinqlərinin arxasında Qərb dövlətlərinin olduğunu təxmin edir. Onların fikrincə, Çexiya prezidentinin Putinə isti münasibətdə olması Qərbi nrahat edir.

Çexiya prezidenti Zeman oktyabr ayında Rodos adasında keçirilən bir beynəlxalq konfransda rus dilində danışıb və Qərbin Rusiyaya qarşı sanksiyalarını tənqid edib. Prezidentin ruspərəst çıxışını şərh edən publisist Yan Maxaçek Zemanın Rusiya agenti olduğunu istisna etməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm