Qəzzada vəziyyət yenidən gərginləşdi, Netanyahu əmr verdi: Evləri yıxın - FOTO
Bizi izləyin

Dünya

Qəzzada vəziyyət yenidən gərginləşdi, Netanyahu əmr verdi: Evləri yıxın - FOTO

Qüds şəhərinin qərbində balta və bıçaqla silahlanmş iki nəfər yəhidilərin ibadətgahı olan sinaqoqa hücum edib.

Publika.az xəbər verir ki, yerli polislər hadisədə fələstinli gəncləri ittiham edirlər. Polisin dediyinə görə, 4 nəfəri öldürüb, 8 nəfəri yaralayan terrorçular güllələnib.

İsrailin baş naziri Benyamin Netanyahu sinaqoqa hücuma və törədilmiş qətl hadissəsinə kəskin cavab veriləcəyini bildirib.

"Bu, Həmas və Əbu Mazin (Mahmud Abbas) tərəfindən həyata keçirilən təhrikin nəticəsidir", Benyamin Netanyahu bəyanatında bildirib. Məlumata görə, Netanyahu sinaqoqa hücum edən şəxslərin evlərinin uçurulması haqqında göstəriş verib.

Fələstin lideri Mahmud Abbas isə hadisəyə hələlik münasibət bildirməyib.

İsrail hərbiçiləri internetdə qana bulaşmış qəssab bıcağının görüntülərini yayıb. Hücum zamanı həmin bıçaqdan istifadə olunduğu gümdn edilir.

Şəkillərdə eləcə də sinaqoqdakı masa və oturacaqlar arasında qan ləkələri və yerə sərilmiş cəsədlər görünür.

Polis sözçüsü Micky Rosenfeld baş verən hadisənin terror aktı olduğunu bildirib.

Onun sözlərinə görə, yaralanan 8 nəfər - 6 dindar və 2 polis əməkdaşı xəstəxanaya yerləşdirilib. 4 nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, İsrailin Qüdsdə yeni binalar tikməyəy başlaması vəziyyəti yenidən gərginləşdirib.

Ötən ay Qüdsdə mübahisəli müqəddəs məbədi yəhüdilərin ixtiyarına verməyi tələb edən ravvin Yehuda Glick fələstinli tərəfindən güllə ilə yaralanıb. İsraillilərin Dağüstü Məbəd adlandırdığı Hərəm əs-Şərif məscidini yəhudilər müqəddəs məbəd sayırlar.

Eyni zamanda həmin müqəddəs məbəd kompleksinə daxil olan əl-Aqsa məscidi əhəmiyyətinə görə Islam aləminin 3-cü məsçidi sayılır.

Fələstinlilər 1967-ci ildən işğal altında olan Şərqi Qüdsü gələcək fələstin dövlətinin paytaxtı kimi rəsmiləşdirməyə çalışırlıar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm