İstanbul təhlükədə: dağıdıcı zəlzələ xəbərdarlığı
Bizi izləyin

Dünya

İstanbul təhlükədə: dağıdıcı zəlzələ xəbərdarlığı

"Hal-hazırda Mərmərə İstanbul bölgəsində, Erzincanın şərqində, Erzincan ilə Karlıova arasında böyük bir zəlzələ gözlənilir".

Publika.az-ın məlumatına görə, bu barədə İstanbul Texniki Universiteti Mədən Fakültəsi, Geologiya bölümünün Professoru Naci Görür bildirib. Onun sözlərinə görə, Elazığda da güclü təkanlar ola bilər.

"Şimali Anadolu ocağında 1939-ci ildən bu günə qədər 7 bal gücündə 7 böyük zəlzələ oldu. Bu zəlzələlər nəticəsində da təxminən 100 minə yaxın insan həyatını itirdi. Şimali Anadolu Ocağı böyük ölçüdə enerjisini boşaltdı. Yalnız bu anda Mərmərə İstanbul bölgəsində böyük bir zəlzələ gözləyirik. Bir də Erzincanın şərqində Erzincan ilə Karlıova arasında böyük bir zəlzələ ola bilər. Digər yerlərdə enerji boşaldı. Amma Şərqi Anadolu yəni Elazığ, Elazığ deyincə şəhər mərkəzini nəzərdə tutmayın. Bütün kənd və qəsəbələr təhlükədədi. Oradakı zəlzələ ocağı uzun müddətdir sakitdir. Enerji yığılır. Bizi qorxudan da budur", - Professor əlavə edib.


Jeoloji Profesöründen Üç İl İçin Deprem Uyarısı by haberler

Oxumağa davam et
Reklam
Reklam

Gündəm