Rusiyalı politoloq: “Putin çox mürəkkəb psixoloji vəziyyətdədir”
Bizi izləyin

Dünya

Rusiyalı politoloq: “Putin çox mürəkkəb psixoloji vəziyyətdədir”

“Rusiya təbliğatının əsas məsələsi Rusiya Federasiyası prezidenti Vladimir Putinin əzablarını yumşaltmaqdır”.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu sözləri “hromadske.tv”nin efirində rusiyalı politoloq Stanislav Belkovski deyib.

"Putin hazırda frustrasiya (bu və ya digər ehtiyacların təmin olunmasının qeyri-mümkünlüyü vəziyyətində yaranan psixi vəziyyətdir) vəziyyətdədir. Putin indi çox mürəkkəb psixoloji haldadır və nə Rusiyada vətəndaş cəmiyyəti, nə də Ukrayna üçün yaxşı siyasi nəticə vəd edir. Frustrasiya vəziyyətində Putin həmişə sərt cavab verir", - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, Putin Ukrayna ilə rəsmi müharibə istəmir. Amma Belkovski qeyd edir ki, avqust ayında olduğu kimi qeyri-rəsmi müharibənin yeni mərhələsi başlaya bilər.

Qeyd edək ki, Rusiya prezidenti 15-16 noyabr tarixlərində Avstraliyanın Brisben şəhərində keçirilən “Böyük iyirmiliyin” sammitini vaxtından əvvəl tərk edib. Təhlilçilər Putinin bu hərəkətini sammitdə ona göstərilən pis münasibətlə izah edirlər. Aeroportda qarşılanmasından tutmuş oteldə yerləşdirilməsi, sammit iştirakçıları arasında yerinin müəyyən edilməsi kimi protokol qaydalarına qədər hər mərhələdə Putinə pis mənada fərqli münasibət göstərilib. Qərb liderləri də nümayişkəranə şəkildə Putindən uzaq durub, onunla Ukrayna mövzusunda sərt söhbətlər aparıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm