Dünya
MHP: "Türkiyədəki ermənipərəst qüvvələr xalqın yaddaşını silə bilməz"
"Türkiyədəki ermənipərəst qüvvələr əsla xalqın yaddaşını silə bilməz".
Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibinin müavini Abbas Bozyel Ankara Universiteti ilə "Hrant Dink Fondu"nun birgə keçirdiyi “Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi” adlı konfransın keçirilməsinə münasibət bildirərkən deyib.
A.Bozyel qeyd edib : "Bu gün Türkiyədə belə konfransların keçirilməsi bir daha onu göstərir ki, Türkiyənin dövlətçiliyinə düşmənçilik bəsləyən qüvvələr var”.
Onun sözlərinə görə, ölkənin şərqini erməni torpaqları kimi qəbul edib Ermənistan konstitusiyasına salan, qardaş dövlət olan Azərbaycan torpaqlarını işğal edən bir dövlətlə Türkiyə hər hansı ünsiyyət qura bilməz: "Bu gün Türkiyədə belə tədbirlərin keçirilməsinə baxmayaraq, ölkə siyasətinin və türk millətinin Ermənistana qarşı mövqeyi əsla dəyişən deyil”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu