Suriya və İraqda 60 Almaniya vətəndaşı həlak olub
Bizi izləyin

Dünya

Suriya və İraqda 60 Almaniya vətəndaşı həlak olub

Suriya və İraqda "İslam Dövləti" (İD) sıralarında döyüşlərdə azı 60 Almaniya vətəndaşı həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Almaniya Konstitusiyanın qorunması üzrə Federal idarənin rəhbəri Hans-Georg Maasen açıqlama verib.

Onun sözlərinə görə, həlak olanlardan azı 9 nəfər intiharçı hücumu həyata keçirib.

Massen deyib ki, Suriya və İraqdakı münaqişələrdə 550-dək Almaniya vətəndaşı iştirak edir. Onların çoxu sonra evlərinə qayıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm