ABŞ-kürd ittifaqı barədə qanun layihəsi Konqresə təqdim olundu
Bizi izləyin

Dünya

ABŞ-kürd ittifaqı barədə qanun layihəsi Konqresə təqdim olundu

“ABŞ Konqresinə təqdim edilən və Ərbilə birbaşa silah çatdırılmasını nəzərdə tutan qanun layihəsi ABŞ ilə Kürdüstan bölgəsi arasındakı uzunmüddətli ittifaqın göstəricisidir”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İraq Kürdistan muxtar vilayətinin səlahiyyətlisi Fuad Hüseyn bildirib.

F.Hüseyn həmçinin kürd bölgəsinə verilən bütün hərbi təchizatların Bağdad üzərindən çatdırılmasından narazılığını ifadə edib: “İŞİD terrorçularına hücum etmək və təşkilatı ləğv etmək üçün göndərilən ağır silahların çatdırılması zaman alır. Bu isə terror təşkilatına qarşı mübarizədə mənfi təsirini göstərir”.

Xatırladaq ki, ABŞ Konqresi Nümayəndələr Palatasının xarici işlər komitəsinin başçısı Ed Roys Bağdadın icazəsi olmadan Ərbilə birbaşa ağır silah göndərilməsi üçün prezident Barak Obamaya səlahiyyət verilməsini istəmişdi. Ərbilə birbaşa silah çatdırılmasını nəzərdə tutan qanun layihəsi Obamaya tank əleyhinə silahlar, uzunmənzilli toplar və radiolakasiya sistemləri kimi vasitələrini göndərmək səlahiyyəti verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm