Luqansk vergi administrasiyanının binası FTX tərəfindən tutulub - İDDİA
Bizi izləyin

Dünya

Luqansk vergi administrasiyanının binası FTX tərəfindən tutulub - İDDİA

Separatçıların nəzarətində olan Luqansk vilayətinin Jovtnevom rayonunda yerləşən vergi administrasiyasının binası Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FTX) bölmələrindən birinə verilib.

Publika.az-ın verdiyi xəbərə görə, belə bir iddia ilə “Informator.lg.ua” saytına məlumatlı mənbə bildirib.

Xəbərdə həmçinin bildirilir ki, antiterror əməliyyatları zonasına diversiya əməliyyatlarının həyata keçirilməsi üçün Rusiya FTX-nin "Vımpel" adlanan xüsusi bölməsi göndərilib. Onun tərkibinə təxminən 100 nəfər daxildir.

Qeyd edək ki, bu FTX-nin Donbas hövzəsində fəaliyyəti ilə bağlı ilk iddia deyil. Bir müddət əvvəl Luqansk vilayət administrasiyasının rəhbəri Gennadi Moskal bildirmişdi ki, Luqanskda FTX-nin Beşinci Baş İdarəsi oturur.

“Luqanskda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Beşinci Əsas kəşfiyyat məntəqəsinin Dnestryanı briqadası yerləşib. Onlar Dnestryanıdan gəliblər”, - G.Moskal qeyd etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm