Suriyada və İraqda cihadçıların 46 təlim düşərgəsi tapıldı
Bizi izləyin

Dünya

Suriyada və İraqda cihadçıların 46 təlim düşərgəsi tapıldı

Radikal qruplaşmalar İraq və Suriyada yeni əsgərlər üçün 2012-ci ildən ən azı 46 hərbi təlim düşərgəsi və baza qurub.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “The Long War Journal”ında dərc edilmiş tədqiqatda deyilir.

Jurnal sosial şəbəkələrdə terrorçular tərəfindən dərc edilən videoçarxlar, həmçinin ABŞ Müdafiə Nazirliyinin hərbi əməliyyatlarla bağlı press-relizlərinin analizi nəticəsində İraqda 34 təlim bazası, Suriyada 12 düşərgənin yerini təyin edib.

Nəşrin məlumatına görə, adıçəkilən ölkələrin ərazisində son ay ərzində dörd yeni təlim düşərgəsi qurulub. Onlardan üçünün İŞİD terror təşkilatına məxsus olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm