Putinin pələngi Çində keçilərə hücum edib
Bizi izləyin

Dünya

Putinin pələngi Çində keçilərə hücum edib

Rusiya prezidenti Vladimir Putinin Sibir-Çin sərhədində təbiətə buraxdığı pələng Çinin şimal-şərqində keçilərə hücumda ittiham olunur.

Publika.az xəbər verir ki, Çinin “Şinhua” rəsmi xəbər agentliyi Rusiya prezidentinin təbiətə buraxdığı Ustin adındakı pələngin iki keçini öldürdüyünü yazıb.

Keçilərin başlarında insan barmağının qalınlığında dəliklər müəyyən edilib. Borya, Kuzya, Ustin, Svetlaya və İlona adındakı beş pələng balası 2012-ci ildə Sibirin cənubunda aclıqdan ölmək üzrə ikən tapılmışdı.

Putin təlimatı ilə onların saxlanılması üçün 435 min 500 dollar xərclənmişdi. Prezidentin təlimatı ilə onlar sonradan təbiətə buraxılmışdı. Üzərində izləmə cihazları olan pələnglərdən Ustin və Kuzyanın oktyabr ayında Çin sərhədindən keçdiyi müəyyən olunmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm