Nigeriyada partlayış: 34 ölü
Bizi izləyin

Dünya

Nigeriyada partlayış: 34 ölü

Nigeriyanın Şimal-Şərqindəki Borno əyalətinin paytaxtı Maiduguridə baş verən terror aktı nəticəsində 34 nəfər həlak olub.

Pubika.az-ın məlumatına görə, hadisə alış-veriş mərkəzində baş verib. İki dəqiqəlik fasilə ilə iki intiharçı insanların sıx olduğu yerdə özünü partladıb.

Borno Əyalət Xəstəxanasından bir tibb bacısı 34 adamın öldüyünü təsdiqləyib. Adının açıqlanmasını istəməyən tibb bacısı əvvəlcə xəstəxanaya tamamilə yanmış 15 cəsəd, sonra daha 19 meyit gətirildiyini bildirib.

Onun sözlərinə görə, hadisə zamanı çoxlu insan yaralanıb. Onlardan bir neçəsinin vəziyyəti ağır olduğundan ölü sayının artacağı istisna olunmur.

Hələlik partlayışın məsuliyyətini üzərinə götürən olmayıb. Ancaq hökumət hücumlarda ölkənin Şimal-Şərqindəki Borno, Lobe və Adamaua əyalətlərində fəaliyyət göstərən Boko Haram qruplaşmasını ittiham edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm