Moldova NATO-dan imtina etdi
Bizi izləyin

Dünya

Moldova NATO-dan imtina etdi

“Moldova Şimali Atlantika İttifaqına daxil olmayacaq”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Moldovanın baş naziri Yuri Lyanke bildirib.

Onun sözlərinə görə, Moldova neytral statusunu saxlamaq niyyətindədir.

“Mən Moldovanın bitərəfliyini aydın şəkildə dəstəkləyirəm. Biz NATO-ya daxil olmayacağıq və istəyirik ki, Qərb və Şərqdəki bütün partnyorlarımız bizim neytral statusumuza hörmət etsinlər. Bu isə onu bildirir ki, Moldova ərazisində daha çox hərbiləşdirmə həyata keçirilməməlidir”, - deyə Lyanke bildirib.

Moldovanın iqtisadi maraqlarına gəlincə, baş nazir Avropa Birliyi ölkələrinə ixracın artırılmasının ölkəsinin məqsədyönlü oriyentasiyası olduğunu qeyd edib.

“Gizlətməyəcəm, Rusiyanın sanksiyaları bizə kömək etdi. Biz keyfiyyətə, qablaşdırmaya və anbarların yaradılmasına sərmayə qoymağa başladıq. Moldova iqtisadiyyatında Rusiya investisiyaları elə də çox deyil. Qərb isə ölkəmizə fəal şəkildə sərmayə qoyur. Avtomobil sənayesində Almaniya və Avstriya investisiyaları var”, - Lyanke əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm