Ərdoğan Papanın yanından Qərbə xəbərdarlıq etdi - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğan Papanın yanından Qərbə xəbərdarlıq etdi - VİDEO

Roma Papası Fransisk Türkiyəyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirib.

Publika.az-ın məlumatına görə, Prezident sarayında keçirilən mətbuat konfransında Qərbdə islamafobiyanın artdığına diqqət çəkən Rəcəb Tayyib Ərdoğan mətbuatın müsəlmanların zorakılıq tərəfdar kimi qələmə verdiyini və bunun irqçiliyin güclənməsinə səbəb olduğunu bildirib.

İŞİD, Əl-Qaidə, Boko Haram kimi qruplaşmaların yanlış siyasət nəticəsi olaraq ortaya çıxdığını deyən Türkiyə Prezidenti hazırda Suriyada və Qəzzə bölgəsində dövlət terrorunun, Əl-Əqsa məscidində isə təxribatların davam etdiyini və Qərbin buna göz yumduğunu qeyd edib.

Çıxışında Suriya və İraqdakı hadisələrə münasibət bildirən Roma Papası Fransisk beynəlxalq hüquq çərçivəsində haqsız hücumlarla mübarizədə sadəcə hərbi müdaxilənin yetərli olmayacağını, problemlərin həlli üçün bölgədə qarşılıqlı etimada söykənən ortaq fəaliyyətin vacibliyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm