• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ərdoğan və Putin tatar liderləri barədə qadağanı müzakirə edəcək

  • Dünya
  • 29 Noyabr 2014 14:11
  • 537 Baxış
Ərdoğan və Putin tatar liderləri barədə qadağanı müzakirə edəcək

Türkiyə hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin bu ölkəyə səfərində Krım tatarlarının lideri Mustafa Cəmilov və Krım Tatar Məclisinin sədri Refat Çubarovla bağlı məsələni müzakirə etmək niyyətindədir.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Krım Tatar Məclisinin sədr müavini Axtem Çiyqoz bildirib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə liderləri arasında Mustafa Cəmilov və Refat Çubarovun Krıma giriş qadağasının ləğvi məsələsi müzakirə olunacaq. A.Çiyqoz ümidvar olduğunu bildirib ki, Krım tatarlarının liderlərinin Krıma girişə qadağa məsələsi həll ediləcək.

Qeyd edək ki, Krım tatarlarının lideri Mustafa Cəmilovun 2019-cu il 19 Aprel tarixinə qədər Krıma girişi qadağan edilib. Eyni zamanda Refat Çubarovla bağlı qadağanın müddəti də 5 ildir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR