Ferguson şəhərində gənci güllələyən polis istefa verib
Bizi izləyin

Dünya

Ferguson şəhərində gənci güllələyən polis istefa verib

Ferguson şəhərində qaradərili gənci güllələyərək öldürən polis əməkdaşı Darren Vilson istefaya çıxıb.

Publika.az-ın məlumatına görə, bu barədə onun vəkili Neil Bruntrager bildirib.

Qeyd edək ki, avqust ayında 18 yaşlı Mişel Brounun ölümü ilə nəticələnmiş insidentdən sonra polis əməkdaşı vəzifəsinin icrasından kənarlaşdırılmışdır.

Ötən həftə Vilson-nun işinə xitam verən məhkəmə hökmündən sonra Fergusonda başlayan qarışıqlıqlar ölkə böyunca bir neçə şəhərə yayılaraq, talançılıq və vandalizm halları ilə müşayiət olunub.

Polis Avqustun 9-da “tələblərə tabe olmayan” Darren Vilsona qarşı odlu silah tətbiq etmək məcburiyyətində qaldığını bildirib. Bu hadisə kütləvi iğtişaşlar, polis ilə etirazçılar arasında toqquşmalara səbəb olmuşdu.

“Vicdanı təmiz” olduğunu deyən 28 yaşlı Darren Vilson təlimatlara uyğun hərəkət etdiyini bildirib.

Mişel Brounun qohumları məhkəmə qərarı ilə razılaşmayıblar.

Darren Wilson-un istefasından əvvəl polis departamentinə daxil olan təhdidlərdə polisin vəzifədə qaldığı təqdirdə iğtişaşların davam edəcəyi bildirilib, yerli “The St Louis Post-Dispatch” qəzeti yazır.

Mətbuata əsasən Missuri ştatının qubernatoru insidentlə bağlı yeni andlılar məhkəməsini keçirmək çağırışlarını rədd edib.

Hərçənd ki, ABŞ Ədliyyə Nazirliyi Michael Brown-un vətəndaş hüquqlarının pozulması ilə bağlı iddiaların yenidən araşdırılacağını bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm