İraq 82 iranlının cəsədini qaytardı
Bizi izləyin

Dünya

İraq 82 iranlının cəsədini qaytardı

İran-İraq müharibəsində həyatını itirən 82 iranlının cəsədi İrana təhvil verilib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İraq İnsan Haqları Nazirliyinin yazılı açıqlamasında deyilir.

Cəsədlərin təhvil-təslim prosesi İraqın Bəsrə şəhərinin şərqində yerləşən Şalamce sərhəd qapısında baş tutub.

Qeyd edək ki, İran və İraq arasında 1980-ci ildə başlayan müharibə 8 il davam edib. Müharibədə hər iki tərəfdən təxminən 1 milyon insan həyatını itirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm