Dünya
“Üç ildir ki, baş nazirin ölümünü gözləyirik... ”- Ərdoğanın naziri danışdı
Türkiyə enerji və təbii ehtiyatlar naziri Taner Yıldız qonağı olduğu NTV kanalının “45 dakika” proqramında 17 Dekabr əməliyyatı və sonra yaşanan hadisələrlə bağlı şok açıqlamalar verib.Publika.Az –ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, T.Yıldız hökumət ilə Gülən camaatı arasındakı gərginlikdə camaatın səhv istiqamətləndirildiyini və gərginliyin yeganə səbəbinin hazırlıq kursları olmadığını deyib.
Nazir 17 dekabr əməliyyatından sonra camaat içindəki bəzi şəxslərin ona “Uzun adamın ölümünü üç ildir ki, istəyirik. Amma hələ ölmədi” şəklində baş nazir Ərdoğanla bağlı çox çirkin sözlər söylədiyini dilə gətirib.
“Yeganə səbəb hazırlıq kursları olsaydı, bəzi şəxslər “uzun adamın ölümünü 3 ildir ki, istəyirik. Amma hələ ölmədi” deməzdi. Uzun adam gecə-gündüz işləyir. Səhvi yoxdurmu? Səhvsiz bəndə olmaz. Hörmətli baş nazirin də səhvləri vardır, amma onun səhvlərinin olması bu gün gəldiyimiz nöqtəni məqbul hala gətirə bilməz”, - T.Yıldız deyib.
T.Yıldız ölkəsinin təbii qaz və neft ticarəti haqqında da danışıb. Türkiyənin İran ilə etdiyi təbii qaz ticarətində yüksək qiyməti səbəbinə görə qızıldan istifadə edildiyini deyən nazir İraq ilə neft ticarətində də şəffaflığa önəm verdiklərini qeyd edib. O, Türkiyənin başqa ölkələrin deyil, məhz BMT-nin qəbul etdiyi qərarları tanıdıqlarını bildirib. “İran ikinci ən böyük enerji təminatçımızdır. Məqbul qiymətlərlə təbii qaz almaq istəyirik. Qızılın dəyəri çox yüksəkdir. Biz İrandan 7,6 milyard dollarlıq təbii qaz və xam neft alırıq. Bunların əvəzini mərciməklə ödəyə bilməzsiniz”, - deyərək İran ilə ticarətin qeyri-qanuni olmadığını deyib.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR