İŞİD-in müdhiş İsrail planı üzə çıxdı
Bizi izləyin

Dünya

İŞİD-in müdhiş İsrail planı üzə çıxdı

İŞİD terrorçularının İsrailə qarşı planladıqları böyük plan üzə çıxıb.

Axar.az-ın məlumatına görə, terrorçular qaçırdıqları Misir döyüş gəmisi ilə İsrail hədəflərini vurmağı planlaşdırırmış.

Bir müddət öncə Sina yarımadasında fəaliyyət göstərən və noyabrın əvvəllərində İŞİD-ə beyət edən “Ənsar Beyt əl Makdis” qruplaşması Aralıq dənizindəki İsrail hədəflərinə hücum təşkil etmək üçün Misir donanmasına məxsus bir döyüş gəmisini qaçırmaq istəyib.

İsrail və ərəb mətbuatında yer alan xəbərlərə görə, bu hadisə 12 noyabrda Misirin Dimyat limanında baş verib.

İddialara görə, terrorçular hücum üçün gəmi seçib və öz adamlarını kapitan vəzifəsinə yerləşdirib. Gəmi sahildən 70 kilometr məsafədə olanda terrorçular iş başına keçib və gəmiyə hücum ediblər.

Sahilə həyəcan siqnalı verildikdən sonra döyüş gəmiləri və helikopterlərlə terrorçuların əlinə keçən gəmi mühasirəyə alınıb. Yaranan qarşıdurma zamanı 32 qruplaşma üzvü ələ keçib. Gəminin 8 ekipaj üzvü itkin düşüb. 5 nəfər isə həlak olub.

İstintaq zamanı bəlli olub ki, terrorçular gəmini İsrailin Kipr sahillərində yerləşən “Tamar” və “Leviathan” təbii qaz yataqlarında olan axtarış platformalarını dağıtmaq və döyüş gəmilərinə hücum etmək məqsədi ilə qaçırıbmış.

Bu hadisə mətbuata sızdıqdan sonra İsrail sözügedən ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm