Jurnalistin həbs müddəti uzadıldı
Bizi izləyin

Dünya

Jurnalistin həbs müddəti uzadıldı

İran Məhkəməsi "Washington Post" qəzetinin Tehran bürosunun rəhbəri Ceyms Rezayın həbs müddətini 2 aylıq uzadıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rezayın ailə üzvləri "Washington Post"a məlumat verib.

Büro rəhbərinin yaxınlarının sözlərinə görə, artıq Ceyms Rezaya məhkəmə qərarı təqdim olunub: "Qərarda qeyd olunub ki, onunla bağlı iş hələ ki baxılma mərhələsindədir".

"Washington Post» qəzetinin Tehran bürosunun rəhbəri 2012-ci ildən İranda çalışır. Ceyms Rezay həm ABŞ-ın, həm də İranın vətəndaşlığını daşıyır.

Qeyd edək ki, İran məhkəmə sisteminin İnsan Hüquqları Şurasının rəhbəri Məhəmməd Cavad Caridcani məsələ ilə bağlı "New York Times" qəzetinə verdiyi açıqlamasında bildirib ki, İranın dövlət mühafizə xidməti Ceyms Rezayanı ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərməkdə ittiham edir.

İran rəhbərliyi "Washington Post" qəzetinin Tehran bürosunun rəhbərinin həyat yoldaşı Yeganə Salehi bu ilin oktyabr ayında pul cəzası ilə azadlığa buraxıb. Onu həyat yoldaşı Ceyms Rezayla birlikdə iyulun 22-də İranda saxlamışdılar.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə baş vermiş olayla bağlı qeyd edib ki, yetkili orqanlar Rezayın fəaliyyətini ciddi şəkildə araşdırır.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm