Rusiyaya daha bir zərbə: ABŞ Konqresi rus mühərriklərindən imtina etdi
Bizi izləyin

Dünya

Rusiyaya daha bir zərbə: ABŞ Konqresi rus mühərriklərindən imtina etdi

ABŞ Konqresi 2015-ci ildə hərbi ehtiyaclar üçün xərclər haqqında qanun layihəsini qəbul edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, qanun “Atlas V” raket daşıyıcıları üçün istifadə olunan Rusiyanın “RD-180” mühərriklərinin alınmasını qadağan edir.

Qanunun prezident Barak Obama tərəfindən imzalanmasından sonra “United Launch Alliance” (ULA) şirkəti Rusiya mühərriklərinin alınmasını həyata keçirə bilməyəcək. Rusiya mühərriklərinin Amerika analoqlarının hazırlanmasına isə 220 milyon dolların ayrılması nəzərdə tutulur. Bu mühərriklərdən həmçinin gələcəkdə Amerika peyklərinin işə salınması üçün də istifadə olunacaq.

Qeyd edək ki, ULA Amerika peyklərinin işə salınması üçün “RD-180” Rusiya mühərriklərindən istifadə edən “Boeing” və “Lockheed Martin” şirkətlərinin ortaq müəssisəsidir. ABŞ-ın Hərbi Hava Qüvvələri ötən il ULA ilə 2019-cu ilə qədər Rusiya mühərriklərinin çatdırılması barədə müqavilə bağlayıb. Müqavilənin dəyəri 11 milyard dollar idi.

Amerikada “Atlas V” raketlərinin 38 buraxılışı planlaşdırılıb. Onlar Rusiya istehsalı olan qatı mühərriklər “RD-180”lə təchiz olunmalı idi. Amma amerikalılarda cəmi 16 bu cür mühərrik var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm