İstanbulda xəyali dövlət qurdular! - İNANILMAZ
Bizi izləyin

Dünya

İstanbulda xəyali dövlət qurdular! - İNANILMAZ

Türkiyə Xarici İşlər Nazirliyinə müraciət edərək “Songhrati Thaumaturgy Respublikası” adlı dövlətin fəxri konsulları olduğunu söyləyən 4 şəxs saxlanılıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İstanbulda xəyali dövlət quran şəxslər Türkiyəyə diplomatik nota da verib.

“Yeni Şafak” qəzetinin xəbərinə görə, həmin şəxslər İstanbulda diplomatik toxunulmazlıq almağa çalışıb. Xəbərə görə, 4 nəfər Xarici İşlər Nazirliyinə müraciət edərək “Songhrati Thaumaturgy Respublikası” adlı bir dövlətin fəxri konsulları olduğunu söyləyib və Türkiyədə bu dövlətin nümayəndəliyini açmaq istədiyini bildirib.

Əhməd Çatalkaya adlı şəxs dövlətin Cənub Asiyada yerləşdiyini və adalardan ibarət olduğunu deyib. Dövlət adına ticarət, iqtisadiyyat və mədəniyyət ofisi açmaq istədiklərini ifadə edən Çatalkaya nümayəndəsi olduğu dövlətin 2003-cü ildə Malayziyadan ayrıldığını qeyd edib.

Ə.Çatalkaya sözügedən dövlətin adına ofis açmaq üçün Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı, Daxili İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatı ilə təmasda olduğunu deyib. Sənədləri araşdıran Xarici İşlər Nazirliyinin səlahiyyətliləri şok bir gerçəklə qarşılaşıb və “Songhrati Thaumaturgy Respublikası” adlı dövlətin olmadığı müəyyənləşdirilib.

Nazirliyin səlahiyyətliləri sənəddəki telefon və faks nömrələrinin Almaniya və İngiltərəyə, nümayəndəlik üçün göstərilən ünvanın isə İstanbulda bir turizm şirkətinə aid olduğunu ortaya çıxarıb.

Bundan sonra isə həmin şəxslərlə bağlı Ankara Respublika Baş prokurorluğuna şikayət edilib. Baş prokurorluq Çatalkaya barəsində istintaqa başlayıb, digər üç şəxs isə sərbəst buraxılıb. Araşdırmalar saxta diplomatın 2011-ci ildə də “Yeni Lemurya Respublikası" adlı xəyali bir dövlətə aid saxta pasportla tutularaq həbs olunduğunu ortaya çıxarıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm