Türkiyə vətəndaşı rus pilotun həyatını xilas etdi - VİDEO
Bizi izləyin

Dünya

Türkiyə vətəndaşı rus pilotun həyatını xilas etdi - VİDEO

Moskva yaxınlığındakı Voskresenski bölgəsində qəza uğrayan MiQ-29 döyüş təyyarəsinin pilotunu təsadüfən əraziyə yaxın bir yerdə olan Türk şirkətinin əməkdaşı Mustafa Yalçın həyata qaytarıb.

Publika.az xəbər verir ki, Rusiyanın birinci kanalına müsahibə verən Mustafa Yalçının sözlərinə görə, qəza zamanı pilotlar paraşütlə tuillanıb. Onlardan biri ərazidən xeyli uzağa düşüb, digəri isə yaxınlıkdakı tikililərdən birnin damına çırpılıb.

Mustafa Yalçın ora çatanda pilot huşsuz olub."Nəfəs almırdı. Ürək masajı etdim. Dərindən nəfəs alıb özünə gəldi", - Türkiyə vətəndaşı əlavə edib.

Sonra pilotu qucağına alaraq ayağa qaldıran Mustafa Yalçın təcili yardım gələnə qədər onu masaj etdiyini deyib.

Daha ətraflı videoda.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm