Təhlükəsizlik naziri dövlət sirrini yaymaqda ittiham olunur
Bizi izləyin

Dünya

Təhlükəsizlik naziri dövlət sirrini yaymaqda ittiham olunur

Çinin keçmiş ictimai təhlükəsizlik naziri Cjou Yunkan kommunist partiyasının sıralarından çıxarılıb və nəzarət altına alınıb.

Euronews telekanalının məlumatına görə, sabiq nazir ciddi intizam pozuntusu ilə bağlı cinayətə görə məsuliyyətə cəlb olunmuş ən yüksək vəzifəli Çin məmurudur. 71 yaşındakı Cjou Yunkan rüşvətxorluqdan tutmuş, dövlət sirrini yaymağa qədər bir çox cinayətdə ittiham olunur.

Bir qədər əvvəl keçmiş nazirdən və onunla əlaqəli şəxslərdən 14,5 milyard dollar həcmində vəsaitin müsadirə edildiyi barədə məlumat verilmişdi.

2002-2007-ci illərdə Çinin ictimai təhlükəsizlik naziri vəzifəsində çalışmış Cjou Yunkan 2007-2012-ci illərdə Çin kommunist partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunda da yüksək post tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm