Dəhşətli qasırğa: Küləyin sürəti 210 кm/saat təşkil edir
Bizi izləyin

Dünya

Dəhşətli qasırğa: Küləyin sürəti 210 кm/saat təşkil edir

Filippinin şərq sahilindəki Takloban şəhəri yenidən, bu dəfə "Hagupit" adı verilmiş qasırğanın zərbəsinə məruz qalıb.

Publiaka.az-ın məlumatına görə, yerli sakinlər fırtınanın nəhəng dalğalar qaldırdığını, ağacları yerindən qopardığını və şəhərdə elektrik naqilləriqini qırdığını xəbər verirlər. Qasırğa nəticəsində evlərin damı uçub, bir çox evlər yerlə yeksan olunub.

Fırtınanın yaratdığı küləyin sürəti 210 кm/saat təşkil edir, sahil xəttinə bir neçə metrədək qalxan dəniz dalğaları çırpılır. Yerli əhali arasında ölənlərin olduğu barədə məlumatlar hələlik daxil olmayıb. Lakin, ölkənin şərqindəki bir neçə rayonla rabitənin tamamilə kəsildiyi bildirilir.

Təbii fəlakətə görə yüzlərlə təyyarə uçuşu təxirə salınıb, dəniz nəqliyyat daşımalarına fasilə verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm