Dünya
Kadırov: “Onların evi bünövrəsinə kimi dağıdılacaq” - VİDEO
Dekabrın 3-dən 4-nə keçən gecə Çeçenistan Respublikasının paytaxtı Qroznıda baş verən “üsyan”ın yatırılmasından dərhal sonra cəza əməliyyatına start verilib.
Publika.az-ın mücahidlərə yaxınlığı ilə tanınan saytlara istinadən verdiyi məlumata görə, öldürülən mücahidlərin qohumlarının evləri yandırılıb.
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun sözlərinə görə, dekabrın 3-ü gecəsi polislərə hücum edənlərin heç biri sağ qalmayıb. Amma onların öldürülməsi Kadırovun hirsinin soyuması üçün kifayət etməyib. Dekabr 7-si gecəsi mücahidlərinin yaxın qohumlarının dördünün evi yandırılıb.
“Deyirlər ki, valideynlər oğulları və ya qızların hərəkətləri üçün cavab vermirlər. Mən rəsmən bildirirəm ki, bu dövrün sonu çatıb. Valideynlər oğulları və ya qızların hərəkətləri üçün cavab verəcəklər. Əgər Çeçenistan Respublikasında döyüşçü polis əməkdaşı və ya bir başqa insanı qətl edəcəksə, döyüşçünün ailəsi dərhal Çeçenistan sərhədlərindən çıxarılacaq və evləri bünövrəsi ilə birlikdə dağıdılacaq”, - Ramzan Kadırov “Instagram” sosial şəbəkəsində yazıb.
Yandi kəndinin sakinlərin sözlərinə görə, müxtəlif markalı təxminən 14 avtomobil 7 dekabr gecəsi kəndə daxil olub. Avtomobillərdəki üzü maskalılar rus və çeçen dillərində danışırdılar: “Onlar bizim evimizə yaxınlaşanda qonaqlıqda idik. Əvvəlcə biz elə düşündük ki, axtarışa gəliblər. Amma bu insanlar evin üstünə benzin tökməyə başladılar. Bizə evdən nəsə götürməyə və yanğını söndürməyə imkan vermədilər”.
Çeçenistan sakinləri qeyd edir ki, oxşar hadisələr əvvəllər də baş verib. Qroznıda 2008, 2009, 2010 və 2011-ci illərdə törədilən terror aktlarından sonra da Arqunda evlər yandırılıb.
Qroznıdan 45 kilomert cənubda yerləşən Yandi kəndində son terror aktında öldürülən döyüşçülərin yaxın qohumları yaşayır. Ramzan Kadırov hesab edir ki, döyüşçülərin törətdiyi terror aktına görə, ilk növbədə onların valideynləri günahkardır: “Valideynlər ona görə günahkardır ki, onlar uşaqlara düzgün tərbiyə verməyiblər, hansısa vasitələrlə onları dayandırmayıblar. Həmçinin qonşuları və qohumları günahkardır ki, qonşu və qohumları terror və vahhabizm yoluna düşüblər. Mən günahsız insanların qanının axıdılmasına icazə verməyəcəyəm və mənə icazə verilən bütün ölçüləri qəbul edəcəyəm!" – Çeçenistan prezidenti vurğulayıb.
Ömər Dağlı
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO