İsveçrədən erməni diasporuna ağır zərbə
Bizi izləyin

Dünya

İsveçrədən erməni diasporuna ağır zərbə

İsveçrədə erməni diasporunu şok edən qərar verilib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İsveçrə ölkədəki erməni diasporunun Cenevrə Birləşmiş Millətlər Təşkilatının (BMT) Parkı olan “Ariana Park”da qondarma “soyqırım” abidəsini ucaltmaq tələbini rədd edib.

İsveçrə Xarici İşlər Nazirliyi Erməni Mədəniyyət Dərnəyinin tələbinin rəddinə dair qərarını Cenevre Kanton Hökumətinə çatdırıb. Nazirlik abidənin şəhərin bir başqa yerində ucaldılmasının mümkünlüyünü açıqlayıb.

Cenevrə Kanton Rəhbərliyi isə hələ oktyabrı ayının əvvəlində qondarma “erməni soyqırımı” abidəsinin “Ariana Park” yaxınlığında ucaldılması barədə ermənilərin tələbini rədd etmişdi. “Neue Züricher Zeitung” qəzeti Ankaranın təzyiqinin öz təsirini göstərdiyini yazmışdı.

Abidənin yeri üçün təxminən 15 əraziyə baxılmış, ən sonda isə ermənilər "Ariana Park”ını seçmişdilər.

Qeyd edək ki, 1915-ci ildə ermənilərin “soyqırım”a məruz qalması ilə bağlı qondarma iddia qanunu 2008-ci ildə Cenevrə şəhər soveti (şurası) tərəfindən qəbul edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm