Dövlət başçısı göz yaşlarını saxlaya bilmədi
Bizi izləyin

Dünya

Dövlət başçısı göz yaşlarını saxlaya bilmədi

Keçmiş solçu partizan olan Braziliya dövlət başçısı Dilma Roussef kameralar qarşısında ağlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, prezident hərbi diktatorluq dövründə işlənən cinayətlərlə əlaqədar hazırlanan hesabatı alarkən göz yaşlarını saxlaya bilməyib.

Hərbi diktatorluq dövründə özü də elektroşokla işgəncələrə məruz qalan Rousseff hesabatdan qisas üçün istifadə edilməyəcəyini, demokratiyanı gücləndirmək üçün vasitə olacağını söyləyib.

2012-ci ildə qurulan komissiyanın hazırladığı hesabat 1964-1985-ci illər arasında hakimiyyətdə olan hərbi diktatorluğun insanlığa qarşı cinayətlərin törətdiyi qənaətinə gəlib. Hesabatda əfv qanunlarının ləğv edilməsi çağırışı da edilib. Hərbi diktatorluq dövründə Braziliyada 20 min adamın işgəncələrə məruz qaldığı təxmin edilir, ən azı 500 adamın öldüyü və ya itkin düşdüyü bildirilir.

Braziliyada bu günə qədər işgəncə əmrini verən heç bir səlahiyyətli, məhkəmə qarşısına çıxarılmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm