Qadın hər axşam ərini dərmanla yuxuya verib, evə gələn məşuqu ilə...
Bizi izləyin

Dünya

Qadın hər axşam ərini dərmanla yuxuya verib, evə gələn məşuqu ilə...

35 yaşlı kişi boşandıqdan bir gün sonra keçmiş həyat yoldaşından gələn bir telefon zəngi ilə yerlə-yeksan oldu.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir sakini H.A. xanımı N.S.-dan rəsmən ayrıldıqdan sonra keçmiş həyat yoldaşı ona şok etiraf edib.

Belə ki, N.S. ərinə telefon açaraq «Sənə bir şey etiraf edəcəm. Hər axşam qəhvənə yuxu dərmanı atıb səni uyudurdum. Bu zaman evə gələn sevgilimi otaqlardan birinə aparıb onunla sevişirdim. Səhərə qədər onunla birlikdə olurduq. Sənsə bu vaxt mışıl-mışıl yatırdın» deyib.

Məhz bu cür etirafdan sonra özünə gələ bilməyən ər evdə apardığı axtarış zamanı yad kişilərə məxsus alt paltarları və müxtəlif əşyalar tapıb. Eşitdiklərindən və gördüyü mənzərədən sonra qəzəblənən H.A. dərhal məhkəməyə üz tutub və keçmiş həyat yoldaşı barəsində 30 min lirəlik iddia qaldırıb.

Arvadı tərəfindən xəyanətə məruz qalmış ər məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd edib ki, o, evində apardığı axtarış nəticəsində yataq otağında ağ rəngli paketin içində başqa kişiyə aid olan alt paltarları və yuxu dərmanları tapıb. H.A. bundan sonra vəkilinə telefon açıb və ondan nə edəcəyi ilə bağlı məsləhət alıb. Vəkili ona dərhal məhkəməyə üz tutmağı tövsiyə edib.

Qeyd edək ki, məhkəməyə təqdim etdiyi iddia ərizəsində H.A. «Çətin işdə çalışdığım üçün hər gün evə gələndə həyat yoldaşım mənə yorğunluq qəhvəsi hazırlayırdı. Son zamanlar qəhvə içdikdən sonra qəfil yuxulayırdım. Səhər isə başağrısı ilə yerimdən oyanırdım. Arvadımın məni yuxuya verdikdən sonra məşuqu ilə sevişməsi heç ağlımın ucundan belə keçmirdi» deyə o vurğulayıb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm