Kennedinin qatilinin tabutu hərracda satıldı
Bizi izləyin

Dünya

Kennedinin qatilinin tabutu hərracda satıldı

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qatili Li Harvi Osvaldın tabutu hərracda satılıb.

Publika.az-ın “The Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, alıcı tabut üçün 87 min 468 dollar verib.

Osvald Kennedinin 22 noyabr 1963-cü ildəki ölümündən iki gün sonra gecə klubunun sahibi Cek Rubi tərəfindən vurulub. Onun cəsədi Fort-Uerta qəbiristanlığında gizlədilib. Ancaq 1981-ci ildə Osvaldın cəsədi yeni tabuta salınaraq qəbrinin yeri dəyişdirilib. Köhnə tabut isə dəfn bürosunun anbarında qalıb.

Dəfn bürosunun yeni sahibi hərrac evi vasitəsilə tabutu satışa çıxarıb. Amma mərhumun qardaşı 80 yaşlı Robert Osvald hərracı dayandırmaq tələbi ilə məhkəməyə müraciət edib. Osvald bildirdi ki, tabut onun əmlakının bir hissəsidir.

Dəfn bürosunun sahibi isə tabutun uzun illər Robert Osvald tərəfindən istənilmədiyi üçün onun qanuni sahibi olduğunu deyib. Büro sahibinin sözlərinə görə, Osvaldın nə dul qadını, nə onun qızı tabut üzərində mülkiyyət hüququ məsələsini qaldırmayıb. Nəticədə tabut hərraca çıxarılaraq satılıb.

XX əsrin ən məşhur qətl hadisəsi 1963-cü il noyabrın 22-də ABŞ-ın Texas ştatının Dallas şəhərində baş verib. ABŞ-ın 35-ci prezidenti Con Kennediyə qarşı təşkil edilən və təsadüfən lentə alınan bu sui-qəsd üstündən yarım əsr keçməsinə baxmayaraq, hələ də müəmmalı və sirli olaraq qalır. Hadisə ilə bağlı geniş araşdırma aparılmasına baxmayaraq, istintaq qətlin səbəbini və sifarişçilərini müəyyən edə bilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm