Kiyev ölkənin 3 aeroportuna uçuşları qadağan etdi
Bizi izləyin

Dünya

Kiyev ölkənin 3 aeroportuna uçuşları qadağan etdi

Ukraynanın Xarkov, Zaporojye və Dnepropetrovsk şəhərlərinin aeroportlarına uçuşlar qadağan edilib.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Dövlət Aviasiya Xidmətinin başçısı Denis Antonyuk bildirib.

Qadağa dünən gecəyarısından tətbiq edilib. Denis Antonyuk qeyd edib ki, qadağa təhlükəsizlik tədbirləri ilə bağlıdır. Qadağanın müddəti isə müəyyən edilməyib. Qərarın ləğvinə qədər uçuşlar həyata keçirilməyəcək.

Dekabrın 1-dən isə Ukrayna Dövlət Aviasiya Xidməti növbəti xəbərdarlığa qədər 4 Rusiya aviaşirkətinin Xarkov və Dnepropetrovsk şəhərlərinə uçuşları qadağan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm