• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Obama çaşdı, Polşa qarışdı

  • Dünya
  • 30 May 2012 12:35
  • 151 Baxış
Obama çaşdı, Polşa qarışdı

ABŞ prezidenti Barak Obamanın Ağ Evdə "Azadlıq" medalının təqdimetmə mərasimində verdiyi açıqlama bütün Polşanı bir-birinə qatıb. Prezidentin "Polşa ölüm düşərgəsi" ifadəsi işlətməsi məsələyə hətta dövlət səviyyəsində münasibət bildirilməsinə gətirib çıxarıb.

Publika.Az-ın məlumatına görə, Obama dünən ABŞ-da verilən ən ali nişan olan "Azadlıq" medalını sahiblərinə təqdim edib.

Prezident İkinci Dünya Müharibəsinin qəhrəmanı polşalı Yan Karskiyə medal verərkən belə deyib:

"Karski İkinci Dünya Müharibəsinin ən qaranlıq günlərində polyakların mübarizəsi üçün kuryer vəzifəsi daşımışdı. Müqavimət döyüşçüləri ona külli miqdarda yəhudi öldürüldüyünü söyləyib və baş verənləri gözləri ilə görməsi üçün Polşa ölüm düşərgəsinə atmışdı. Yan bu məlumatı o vaxtkı ABŞ prezidenti Franklin Ruzveltə çatdıraraq, yəhudi soyqırımı ilə bağlı ilk məlumat verənlərdən və dünyaya hərəkətə keçmə çağırışı edənlərdən biri olmuşdu".

Obamanın "Polşa ölüm düşərgəsi" açıqlamasından sonra narazılıqlarını bildirən polyaklar, prezidentdən bunun əvəzinə "Faşist işğalı altında olan Polşadakı alman ölüm düşərgəsi" deyərək səhvini düzəltməsini istəyiblər.

Polşa xarici işlər naziri Radek Sikorski Obamanın sözlərini cahillik kimi qiymətləndirib.

Sikorski Twitter səhifəsində yazdığı açıqlamada Ağ Evin bu səhvdən ötrü üzr istəməsini tələb edib və Polşa baş naziri Donald Tuskun bu gün məsələ ilə bağlı açıqlama verəcəyini bildirib.

Ağ Evdən verilən açıqlamada isə Obamanın çaşdığı bildirilib.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Tommi Vietor - "Prezidentin dili çaşdı. Polşadakı faşist ölüm düşərgələri demək istəyirdi. Bu səvh ifadədən ötrü kədərlənirik"- deyib.

Anar Əhmədov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR