Rusiyalı yazıçı: “Putin əlindəki son “kozırını” buraxmayacaq”
Bizi izləyin

Dünya

Rusiyalı yazıçı: “Putin əlindəki son “kozırını” buraxmayacaq”

“Yalnız mənə və müxalifətə deyil, çoxlarına aydın oldu ki, Rusiya bu il uduzdu. Prinsipial və strateji olaraq uduzdu”.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə rusiyalı yazıçı Viktor Şenderoviç bildirib.

Yazıçı qeyd edir ki, rusiyalılar ağır məğlubiyyətı artıq qarınlarında hiss etməyə başlayıblar.

“Putini kimsə dayandıra bilərmi? Təəssüf ki, heç kəs. O, görünür, əhali ilə vətənpərvərlik oyunları oynayaraq Qərblə hansısa formada razılaşacağını düşünür. Düşünmürəm ki, o, buna müvəffəq olacaq. Rusiyada bundan sonra hər şey daha dramatik olacaq və hər şeydən əvvəl daxili siyasi vəziyyət pisləşəcək. Əgər eyni ruhda davam edərsə, Putinin hərəkətləri uzaq perspektivdə Rusiyanın dağılmasına gətirib çıxara bilər. Çünki imperiyalar prinsip etibarilə yaşamağa qadir deyillər. Bizim isə imperiya ambisiyaları üçün sosial, iqtisadi və hərbi təchizatımız yoxdur. Rusiyanın imperiya qüdrətini tamamilə yararsız iqtisadi və sosial vasitələrlə qaytarmaq cəhdi güclü etirazlara gətirib çıxara bilər. Amerika Birləşmiş Ştatları niyə güclüdür? Çünki imperiya deyil. Çünki Texas, Kaliforniya, Montana və Alabama özlərinin hakimiyyətini seçirlər. Rusiyada isə bu yoxdur”, - rusiyalı yazıçı vurğulayıb.

Viktor Şenderoviçin fikrincə, 1-1,5 il ərzində Rusiyanın qızıl-valyuta ehtiyatları qurtaracaq və Putini dəstəkləyən seçicilərə maaşları vermək çətinləşəcək: “Pul kisəsi, nəticədə qarın boşalacaq və onlar Putinə qarşı çıxacaqlar. Amma bu etiraz tamamilə başqa formada olacaq. Bu etiraz dəyişikliklərlə deyil, partlayışlarla bitəcək. Krımın "qayıdışı" rusiyalıların əksəriyyətinə çox böyük sevinc gətirən hadisə idi. Bu gün isə yarımadanın qiyməti aydınlaşmağa başlayıb. Bu qiymət yalnız pulla deyil, həm də geosiyasi baxımdan ölçülür”.

Rusiyalı yazıçının sözlərinə görə, Krımın veriləcəyi halda bunun Putinin mütləq məğlubiyyəti anlamına gələcəyi şübhəsizdir: “Putin hər şeyi uduzdu. O, iqtisadiyyatı, Rusiyanın statusunu uduzdu. Onun üçün yalnız Ukrayna mövzusu qaldı və o, bu kozırı əlindən buraxmayacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm