Fəthullah Gülən barəsində “qırmızı bülleten” çıxarılır
Bizi izləyin

Dünya

Fəthullah Gülən barəsində “qırmızı bülleten” çıxarılır

Bu gün İstanbul Baş Prokurorluğun keçirdiyi “Paralel yapı” əməliyyatından sonra dini lider Fəthullah Gülənlə bağlı bir bir iddia ortaya atılıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Pensilvaniyada yaşayan dini liderin bu başlayan istintaqda şübhəlilər arasında yer alır.

İstanbul Respublika Prokurorluğu tərəfindən verilən yazılı açıqlamada əməliyyatın 31 şübhəliyə qarşı keçirildiyi bildirilmiş və Gülənin adı çəkilməmişdi. Ancaq “Doğan” xəbər agentliyinin xəbərinə görə Gülən haqqında axtarış və həbs olunma qərarı verilmədiyindən onun adı açıqlanmayıb. Qeyd olunur ki, istintaqda şübhəli olaraq yer alan Fəthullah Gülən xaricdə yaşadığı üçün barəsində axtarış və saxlanılma qərarı verilməyib.

Prokurorluq mənbələrindən əldə edilən məlumata görə, istintaqın gedişatında Gülən haqqında toplanan dəlillərin Ədliyyə Nazirliyinə təqdim ediləcək və Interpoldan “qırmızı bülleten”in çıxarılmasının tələb olunacaq.

Baş prokuror vəkili Orhan Kapıcı hələlik 31 adam barəsində həbs qərarı verildiyini söyləyib. Fəthullah Gülənin saxlanılması barədə qərarın olub-olmadığına gəlincə, o, “hələlik bir şey deyə bilmərəm” deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm