• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“İran Azərbaycana həm casus, həm də pul göndərir“

  • Dünya
  • 26 Aprel 2012 16:48
  • 161 Baxış
“İran Azərbaycana həm casus, həm də pul göndərir“

Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyi qurumun XII qurultayı ilə əlaqədar Bakıda mətbuat konfransı keçirib.

Publika.Az-ın məlumatına görə, tədbirdə DAK-ın həmsədri Sabir Rüstəmxanlı, onun müavinləri Vaqif Arzumanlı, Xəzər Emin, DAK İdarə Heyətinin üzvləri Zəlimxan Məmmədli və İsmayıl Ağayev iştirak edib. DAK-ın Məşvərət Məclisinin yeni sədri, ABŞ-da mühacirət həyatı yaşayan Mahmudəli Çöhrəqanlı isə tədbirə "Skype" vasitəsilə qatılıb.

S.Rüstəmxanlı aprelin 21-23-də Ukraynanın Donetsk şəhərində keçirilən DAK-ın XII Qurultayının uğurla baş tutduğunu deyib:

"Bəzi gözü götürməyənlər yazır ki, guya Sabir Rüstəmxanlı başına beş-altı qohumunu yığıb gedib xəlvətdə qurultay keçirib. Amma təbii ki, belə deyil. Birincisi, qurultay 150-yə yaxın nümayəndənin iştirakı ilə keçirildi. İkincisi, Ukraynanın Donetsk şəhəri 2 milyondan çox əhalisi olan iri bir sənaye şəhəridir. Yəni deyilənlərin, yazılanların heç bir əsası yoxdur".

S.Rüstəmxanlı mətbuat nümayəndələrini DAK İdarə Heyətinin yeni tərkibi ilə tanış edib. O əlavə edib ki, bu, ən mötəbər İdarə Heyəti sayıla bilər:

"Artıq DAK diaspor təşkilatı olmaqdan çıxaraq, ictimai-siyasi hərəkat halına gəlib. DAK Borçalını və Dərbəndi də əhatə edir, bu ərazilərdə yaşayan soydaşlarımız isə diasporçu deyil. Ümumiyyətlə, bizim mövqeyimiz dünyada yaşayan soydaşlarımızın maraqlarının müdafiəsi və təbliğinə istiqamətlənib. Güney Azərbaycan məsələsində də, bundan sonrakı fəaliyyətimizdə əsaslı dönüş olacaq".

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri və DAK-ın Məşvərət Məclisinin sədri Mahmudəli Çöhrəqanlı "Skype" vasitəsilə isə bildirib ki, Azərbaycan, xüsusilə də Bakı və Gəncə şəhərləri üçün darıxır:

"Ümid edirəm ki, yaxın həftələrdə Azərbaycana gələ biləcəyəm".

M.Çöhrəqanlı Azərbaycan mətbuatına müraciət edərək Güney Azərbaycanda azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı məsələlərə diqqətin artırılmasının vacibliyini vurğulayıb. O deyib ki, İran tərəfi öz niyyətlərini həyata keçirmək üçün Azərbaycana həm casus, həm də pul göndərir.

Mətbuat konfransında "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev də danışaraq bildiriblər ki, DAK-ın bundan sonra daha fəal olması üçün öz təşkilatlarının da resurslarını səfərbər edəcəklər.

DAK-ın XII qurultayı keçirilib. Sabir Rüstəmxanlı və Firudin Pərvizniya növbəti dəfə DAK həmsədri seçilib.

Rüfət Əhmədzadə

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR