NASA asteroidə astronavt ekspedisiyasını göndərəcək
Bizi izləyin

Dünya

NASA asteroidə astronavt ekspedisiyasını göndərəcək

ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) gələcəkdə əvvəlcədən görünən asteroidlərdən birinə astronavt ekspedisiyasını göndərməyi planlaşdırır.

Publika.az-ın RİA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə NASA direktorunun köməkçisi Robert Laytfuta mətbuat konfransında bildirib.

Əməliyyatın keçirilməsi haqqında qərarın 2015-ci ilin əvvəlində qəbul edilməsi gözlənilir. Missiyanın özü isə on il sonra reallaşdırıla bilər. Ekspedisiyanın dəyəri 1,25 milyard dollarla qiymətləndirilir.

Layihənin müəllifləri hesab edirlər ki, ekspedisiya qarşıya qoyulan iki məsələni həll edəcək: uzaq kosmosa idarəoluanan uçuşu hazırlamağa kömək edəcək və asteroid təhlükəsinə qarşı əks-tədbirləri hazırlamağa imkan verəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm