Dünya
Klinton Konqresin qadağalarına məhəl qoymur
Publika.Az Türkiyə mətbuatına əsasən xəbər verir ki, ABŞ konqresmenlərinin həmin vaxt atdığı addım Misirin demokratikləşmə istiqamətində verdiyi vədləri yerinə yetirməməsi ilə bağlı olub.
Lakin ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland son
açıqlamasında bildirib ki, dövlət katibi Hillari Klinton Amerikanın
milli təhlükəsizlik maraqları çərçivəsində Misirə hərbi yardımı
məhdudlaşdıran şərtləri aradan qaldırıb.
Bu məsələ ilə bağlı ABŞ dövlət katibi Konqresə rəsmi bildiriş
göndərib.
"Bu qərar ABŞ-ın demokratiyaya istiqamətlənən uğurlu
dəyişikliklərlə daha da sabit və güclü olan Misirlə tərəfdaşlıq
məqsədimizi ifadə edir. Sonn 15 ayda parlament seçkiləri və
yaxınlaşan prezident seçkiləri ilə bağlı Misirdə önəmli
irəliləyişlər olub, amma bu ölkədə demoratikləşmə prosesi hələ başa
çatmayıb", - deyə Nuland vurğulayıb.
Bu açıqlama isə bir çox konqresmen tərəfindən qınaqla qarşılanıb və
Klintonun addımı insan hüquqlarına zidd addım kimi
dəyərləndirilib.
Rüfət Əhmədzadə
Publika.Az
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu