Dünya
Hulusi Kılıç: Fransa Konstitusiya Şurası ədalətli mövqe nümayiş etdirdi
Türkiyənin Azərbaycandakı səfiri Fransa Konstitusiya Şurasının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğvinə dair qərarını ədalətli mövqe adlandırıb.
"Fransa azadlıqlar ölkəsidir. Fransanın şüarı azadlıq və
bərabərlikdi. Əgər bu qanun qəbul edilsəydi, bu anlama gələrdi ki,
bir toplumun mənfəti digərini üstələyir. Dolayısı ilə ermənilər
istədiklərini söyləyəcəkdilər, orda yaşayan türklər və
müsəlmanların ifadə azadlığı əllərindən alınacaqdı", - bunu
çərşənbə günü Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç
deyib.
Diplomat bir daha israrla bildirib ki, siyasətçilər siyasəti,
tarixçilər isə tarixi yazarlar.
"Bəzi səbəblərdən dolayı ermənilərin lehinə olan bu qərarı qəbul
edən bəzi ölkələrin də bu qərarı ləğv edəcəyinə ümid edirəm. Bu,
haqsızlıqdı və eyni zamanda regiondakı vəziyyəti daha da
çətinləşdirən bir addımdır", - Kılıç əlavə edib.
Konstitusiya Şurası qondarma "erməni soyqırımı"nın inkarına görə
cinayət məsuliyyəti nəzərdə tutan qanunu ləğv etdikdən sonra Fransa
Prezidenti Nikola Sarkozinin bu istiqamətdə dərhal yeni bir qanunun
hazırlanması istəyinə münasibət bildirən səfir deyib ki, bütün türk
xalqını hədəfə götürən belə bir qərar Fransanın mənfəətinə xidmət
etmir. Bu, ancaq Sarkozinin öz istəklərini həyata keçirmək üçün
olan addımıdır.
"Mən Azərbaycan Prezidentinin, Parlamentinin və bütün siyasi
dairələrinin buna qarşı göstərdiyi sərt reaksiyaya görə təşəkkür
edirəm. Bu, bir daha sübut etdi ki, biz bir millət, iki dövlətik",
- səfir vurğulayıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR