Uşaq dörd ay burnunda batareya ilə yaşadı
Bizi izləyin

Dünya

Uşaq dörd ay burnunda batareya ilə yaşadı

İngiltərədə 4 yaşlı uşaq 4 həftədən çox burnunda batareya ilə yaşadı.

Publika.az-ın məlumatına görə, 4 yaşlı Arif Miah adlı uşağın nəfəs almaqda çətinlik çəkdiyini görən ailə onu həkimə aparsa da, həkimlər bunu hiss etməyib.

Həkimlər uşağın rentgenini çəkməyib. Burnunda düyü qalığı qaldığını bildiriblər. Onu çıxarmaq üçün sadəcə ananın uşağın burnuna üfürməsini məsləhət görüblər.

Evə qayıdandan sonra hər şey məlum olub. Belə ki, A.Miahın iki yaşlı qardaşının onun burnuna yenidən batareya salmağa cəhd etməsindən sonra ailədə şübhə yaranıb. Daha sonra uşağın burnundan və qulağından qara su gəlməyə başlayıb,

4 həftə burnunda batareya ilə gəzən uşaq yenidən xəstəxanaya aparılıb. Bu dəfə rentgen edilib və burnunda batareya olduğu təsdiqlənib. Cərrahi müdaxilədən sonra batareya çıxarılıb.

Həkimlər bu mənzərə qarşısında şoka düşüb. Ailə isə həkimlərin əvvəlki davranışlarına görə məsuliyyət daşıdıqlarını deyib. Vaxtında müdaxilə edilməsəydi, uşağın səhhətində daha ciddi problemlər yarana bilərdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm