İŞİD İordaniya təyyarəsini belə vurdu - VİDEO
Bizi izləyin

Dünya

İŞİD İordaniya təyyarəsini belə vurdu - VİDEO

ABŞ-ın “İordaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İŞİD terror qruplaşması tərəfindən vurulmayıb” açıqlaması təsdiqini tapmayıb.

Publika.az-ın verdiyi xəbərə görə, Suriyanın Rakka şəhərində koalisiya güclərinə aid İordaniya təyyarəsinin vurulması görüntüləri yayılıb.

ABŞ Mərkəz Qüvvələr Komandanlığı (CENTCOM) vurulan təyyarə ilə bağlı dəlillərin onun İŞİD tərəfindən vurulmadığını göstərdiyini açıqlamışdı. Ancaq yayılan görüntülər təyyarənin İŞİD tərəfindən vurulduğunu göstərir.

İŞİD dünən sosial şəbəkələrdə pilotun əsir alındığını göstərən fotoşəkillər paylaşıb. Təyyarənin terror təşkilatının nəzarətində olan əraziyə düşdüyü deyilir. Pilot iordaniyalıdır. İordaniya İŞİD-ə qarşı koalisiyaya qatılan ölkələr arasındadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm